ABŞ dolları bazar ertəsi səhər ticarət tarifləri xəbərləri ilə avro, funt sterlinq və yen daxil olmaqla, əksər dünya valyutalarına qarşı ucuzlaşır.
Finss.az xəbər verir ki, dolları altı valyutaya (avro, İsveçrə frankı, yen, Kanada dolları, funt sterlinq və İsveç kronu) qarşı izləyən ICE DXY indeksi 0,62% azalıb. Son beş sessiyada göstərici 3,6% azalıb.
Keçən həftə ABŞ prezidenti Donald Tramp ABŞ-ın əksər ticarət tərəfdaşlarına tariflərin 90 günlük dayandırıldığını elan etdi, lakin Çinə misli görünməmiş 145% tarif tətbiq ediləcək.
Həftə sonu Amerika mətbuatı ABŞ hökumətinin kompüterlər, mobil telefonlar, marşrutlaşdırıcılar və bəzi mikroçiplər də daxil olmaqla, onlarla elektronika növünə bu yaxınlarda tətbiq etdiyi cavab idxal rüsumlarını qaldırdığını bildirdi.