BİZNES

14 Aprel

Alkoqolsuz içki istehsalı artıb

Finss.az - Bu ilin yanvar-fevral aylarında ölkədə 5 273,4 min dekalitr (dkl) alkoqolsuz içki istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə istehsal 4,7 faiz və ya 235,1 min dkl artıb.

Mart ayının 1-nə hazır məhsul ehtiyatı isə 604,6 min dkl təşkil edib.