Fins.az - Nvidia, DeepSeek adlı yeni suni intilekt modelinin buraxılması nəticəsində kapitalizasiyasının bir sessiyada təxminən 600 milyard dollar azalması ilə qarşı-qarşıya qalıb.
Ancaq JPMorgan analitikləri, Nvidia-nın bu yenilikdən faydalana biləcəyini bildirirlər.
Banka görə, hesablama gücünün artması, yeni texnoloji inkişaflar və AI tətbiqlərinin genişlənməsi, Nvidia çiplərinə olan tələbin artmasına səbəb olacaq. Digər çip istehsalçıları, o cümlədən Broadcom, Marvell Technology və Micron Technology də faydalanacaq. Lakin, Intel, serverlər üçün mərkəzi prosessorların tələbinin azalması səbəbindən bu vəziyyətdən zərər çəkəcək.
DeepSeek modeli Meta, Amazon.com və Alphabet Inc.-in inkişafını stimullaşdıracaq. JPMorgan, bu texnologiyaların internet ekosistemindəki xərcləri optimallaşdırmağa və generativ AI-nin tətbiqini sürətləndirməyə kömək edəcəyini bildirir. Bu, istehlakın artmasına və yeni inkişafların sürətlənməsinə səbəb olacaq.
Enerji sektorunda isə, məlumat mərkəzləri üçün investisiya proqramları enerji şirkətlərinin faydasına olacaq. Sağlamlıq texnologiyaları sahəsində AI-nin tətbiqi isə müsbət təsir göstərə bilər.
Digər tərəfdən, infrastruktura layihələrində yubanma və elektrik enerjisi istehlakının azalması ilə Caterpillar, Cummins Inc. və Custom Truck One Source kimi şirkətlər zərər çəkə bilər.
27 yanvar tarixində Nvidia-nın bazar dəyəri, DeepSeek-in yeni R1 modelinin buraxılması nəticəsində 17% azalıb. Bu model, OpenAI-nin məhsulları ilə müqayisə olunsa da, daha az resurs tələb edir. DeepSeek, Nvidia-nın çiplərindən Çin bazarı üçün ixrac məhdudiyyətlərinə görə "sadələşdirilmiş" versiyalar istifadə edib.