BİZNES

11 Aprel

İki ayda 69 min ton armatur istehsal olunub

Finss.az - Bu ilin yanvar-fevral ayları ərzində ölkədə 69 min ton armatur istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə istehsal həcmi 17,9 faiz və ya 10,5 min ton artıb.

Cari ilin mart ayının 1-nə hazır məhsul ehtiyatı 47,6 min ton təşkil edib.

Zemfira Ms
Finss.az