BİZNES

11 Aprel

Naxçıvanda icazələrdən büdcəyə daxilolmalar 2,6 dəfə artıb

Bu ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında özəl sektorun inkişafı, Naxçıvan məhsullarının ixrac imkanlarının genişləndirilməsi istiqamətində sahibkarlara 74 mənşə sertifikatı, 7 lisenziya verilib.

Finss.az Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına əsasən xəbər verir ki, müvafiq qurumlar tərəfindən verilmiş 1991 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınan icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 dəfə, verilən icazələrdən büdcəyə daxilolmalar isə 2,6 dəfə artıb.

Fuad Mədətov
Finss.az