BİZNES

11 Aprel

Azərbaycan ilə Xorvatiya arasında ticarət dövriyyəsi 3,6 dəfə artıb

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan ilə Xorvatiya arasındakı ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə artaraq 189,1 milyon ABŞ dollarını keçib.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə Azərbaycandan Xorvatiyaya ixracın həcmi 188,1 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 3,7 dəfə artım deməkdir.

Əks istiqamətdə, Xorvatiyadan Azərbaycana idxal isə 966,2 min dollar olub və ötən ilin eyni dövrünə nisbətən 2,9% azalıb.

Ümumilikdə, 2024-cü ilin ilk iki ayında Xorvatiya ilə ticarət dövriyyəsi Azərbaycanın xarici ticarətində 2,12% paya sahib olub.