BİZNES

05 Fevral

Ötən il Azərbaycanın Aİ ilə ticarət dövriyyəsi 19,6 milyard dollar olub

Fins.az - Ötən il Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin həcmi 19,6 milyard ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici əvvəlki illə müqayisədə 5,2 milyard ABŞ dolları və ya 21% azdır. 2023-cü ildə Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi 24,8 milyard ABŞ dolları idi.

Hesabat dövründə ticarət dövriyyəsinin 16,8 milyard ABŞ dolları ixracın, 2,8 milyard ABŞ dolları isə idxalın payına düşüb. Bu rəqəmlər 2023-cü illə müqayisədə müvafiq olaraq 5 milyard ABŞ dolları (23%) və 0,2 milyard ABŞ dolları (6,7%) azdır. 2023-cü ildə ixrac 21,8 milyard ABŞ dolları, idxal isə 3 milyard ABŞ dolları idi.

Ticarət dövriyyəsinin ilk üç yerində İtaliya, Çexiya və Xorvatiya qərarlaşıb.

İtaliya ilə ticarət dövriyyəsinin həcmi 11,4 milyard ABŞ dolları olub (illik müqayisədə 27,3% və ya 4,3 milyard ABŞ dolları az). İtaliyaya ixrac 10,88 milyard ABŞ dolları, idxal isə 0,52 milyard ABŞ dolları olub. İllik müqayisədə İtaliyaya ixrac 28,2% (4,3 milyard ABŞ dolları), İtaliyadan idxal isə 7,9% (37,8 milyon ABŞ dolları) azalıb.

Çexiya ilə ticarət dövriyyəsinin həcmi 1,15 milyard ABŞ dolları olub (illik müqayisədə 386 milyon ABŞ dolları və ya 50,3% çox). Çexiyaya ixrac 1,09 milyard ABŞ dolları, Çexiyadan idxal isə 64,8 milyon ABŞ dolları olub. Çexiyadan idxal 18 milyon ABŞ dolları (22%) azalıb.

Xorvatiya ilə ticarət dövriyyəsinin həcmi 878 milyon ABŞ dolları olub (illik müqayisədə 47,6% çox). Azərbaycandan Xorvatiyaya ixrac 873 milyon ABŞ dolları, Xorvatiyadan Azərbaycana idxal isə 5,3 milyon ABŞ dolları olub. Xorvatiyadan idxal 0,5 milyon ABŞ dolları (11%) artıb.

Zemfira Ms
Fins.az