BİZNES

10 Aprel

Goldman Sachs, UBS və Mizuho analitikləri Tesla səhmlərinin qiymət hədəflərini azaldıblar

Goldman Sachs Group Inc., UBS və Mizuho-nun analitikləri, digər məsələlərlə yanaşı, potensial ticarət mübahisələrini və artan rəqabəti əsas gətirərək, Tesla Inc üçün qiymət hədəflərini azaldıblar.

Finss.az xəbər verir ki, UBS proqnozu 225 dollardan 190 dollara, Goldman Sachs 275 dollardan 260 dollara, Mizuho 430 dollardan 375 dollara endirilib.

Tesla səhmləri əvvəlki sessiyada 22,7% artdıqdan sonra cümə axşamı bazar əvvəli ticarətdə 3,3% ucuzlaşıb. Cari ilin əvvəlindən onların dəyəri 32,6% ucuzlaşıb və çərşənbə günü bazarın bağlanışında 272,2 dollar olub. Beləliklə, Mizuho-nun proqnozları hələ də səhm qiymətində artımdan xəbər verir.