BİZNES

10 Aprel

Çin Hollivud filmlərinin idxalını azaldacaq

Çin hakimiyyəti ABŞ-la tarif qarşıdurmasının kəskinləşməsi fonunda Amerika filmlərinin ölkəyə idxalını məhdudlaşdırmaq niyyətindədir.

Finss.az xəbər verir ki, Çin Film Administrasiyasının (CFA) bəyanatında deyilir: "ABŞ hökumətinin Çinə qarşı ədalətsiz tariflər tətbiq etmək üçün səhv addımı qaçılmaz olaraq tamaşaçıların ABŞ filmlərinə marağının daha da azalmasına səbəb olacaq". “Biz bazar qaydalarına əməl edəcəyik, tamaşaçıların seçimlərinə hörmətlə yanaşacağıq və ABŞ-dan idxal olunan filmlərin sayını orta dərəcədə azaldacağıq”. ABŞ prezidenti Donald Tramp aprelin 9-da Pekinin bütün ABŞ idxalına 84% rüsum tətbiq etmək qərarına cavab olaraq Çin idxalına tətbiq edilən tarifləri dərhal 125%-ə qaldıracağını açıqlayıb.

Çin vaxtilə Hollivud üçün ən böyük beynəlxalq bazar idi. Lakin iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda son illərdə Çində yayımlanan Amerika filmlərinin sayı azalmaqdadır.

2024-cü ildə Çinin kassa gəliri 23% azalaraq 42,5 milyard yuana (5,78 milyard dollar) düşüb. Eyni zamanda, keçən ilin ən çox gəlir gətirən 10 filmi sırasına yalnız üç xarici film daxil olub: “Qodzilla və Konq: Yeni İmperiya”, Hayao Miyazakinin “Oğlan və quş” cizgi filmi və müvafiq olaraq səkkizinci, doqquzuncu və onuncu yerləri tutan “Alien: Romulus”.

Ötən il Çin kassasında xarici filmlərin payı 21,3% təşkil edib. 2019-cu ildə bu göstərici 35,9% olub.