Fins.az - 2022-ci ilin dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı 1,775 milyon nəfər olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.
Muzdla işləyənlərin 884,4 min nəfəri dövlət, 890,9 min nəfəri isə özəl sektorda çalışıb. Ən çox işçi təhsil sahəsində cəmləşib – 328,5 min nəfər. Bunun 311,2 mini dövlət, 17,3 mini özəl sektorda fəaliyyət göstərir.
İkinci yeri ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsi tutub. Bu sektorda 328,2 min nəfər çalışıb, onların yalnız 3,2 mini dövlət sektoruna aiddir.
Səhiyyə və sosial xidmətlərdə isə 150,8 min nəfər çalışıb – 121 mini dövlət, 29,8 mini özəl sektorda.
Ən az işçi daşınmaz əmlakla əlaqədar sahələrdə olub – cəmi 19,4 min nəfər.
Eyni dövrdə iqtisadiyyatın neft-qaz sektorunda 31,6 min, qeyri-neft-qaz sektorunda isə 1,743 milyon nəfər fəaliyyət göstərib.
Zemfira Ms
Fins.az