Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Böyük Britaniyaya 130,6 min ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Bu barədə Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun ixracından əldə olunan gəlir 73,4 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Böyük Britaniyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunmayıb.
Xatırladaq ki, 2023-cü il ərzində Azərbaycandan Böyük Britaniyaya 659,5 min ton həcmində və 396,1 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Bundan əlavə, 2024-cü ilin ilk iki ayında Azərbaycandan ixrac olunmuş bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi həcmi 4,8 milyon ton, dəyəri isə 2,7 milyard ABŞ dolları təşkil edib.
Fuad Mədətov
Finss.az