BİZNES

09 Aprel

Elektrik qurğularına texniki xidmət - TENDER

Finss.az - Gəncə Şəhər Maliyyə İdarəsi elektrik qurğularına, kabellərə sazlama, təftiş və sınaq xidmətlərinin göstərilməsi üçün açıq tender elan edib.

Müsabiqə üzrə ehtimal olunan qiymət 297,95 AZN təşkil edir. Satınalma “Elektrik sistemi işləri” kateqoriyasına daxildir (Təsnifat kodu: 72151500).

Müsabiqə aşağıdakı işləri əhatə edir:

  1. 0.4 kV-luq kabellərin (4-5 damarlı) maqometr ilə fazalararası izolyasiya müqavimətinin ölçülməsi (ildə 1 dəfə)

  2. 0.22 kV-luq naqillərin (2-3 damarlı) izolyasiya müqavimətinin meqometrlə yoxlanması (ildə 1 dəfə)

  3. Elektrik qurğularının və xətlərinin auditi (ildə 1 dəfə)

Tenderin əsas detalları:

  • Müsabiqənin nömrəsi: 108695

  • Dərc tarixi: 09.04.2025, saat 10:32

  • Təkliflərin son təqdim olunma tarixi: 24.04.2025, saat 09:00

  • Zərflərin açılış tarixi: 24.04.2025, saat 09:00

İştirak haqqı: 10 AZN
İstifadə haqqı: 25 AZN
Qeyd edək ki, iştirak və istifadə haqları geri qaytarılmır.

Tenderdə iştirak etmək istəyən təchizatçılar sənədlərlə bağlı əlavə məlumat üçün Sektor müdiri Şahlar Nəsibov ilə əlaqə saxlaya bilərlər:
? [email protected]
? (+99422) 266 98 73