BİZNES

29 Yanvar

Çin və Hindistan şirkətləri Rusiya neftindən imtina edirlər

Çin və Hindistan şirkətləri mart ayı üçün Rusiya neftinin idxalı üzrə yeni müqavilələrin bağlanmasını müvəqqəti dayandırmaq qərarına gəliblər.

Fins.az xəbər verir ki, buna səbəb sanksiyalar səbəbindən idxal xərclərinin artması və neftin bir barelinin qiymətinin 3-5 dollar artması olub. ESPO Blend markalı xam neftin bir barelinin qiyməti isə öz növbəsində 2 dollar bahalaşıb.

Çin neft emalı zavodları artıq bu qərarın onların gəlirlərini azalda biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Hindistan tərəfi də öz növbəsində Yaxın Şərq, Afrika və ABŞ daxil olmaqla, alternativ idxal bazarlarını fəal şəkildə araşdırır. Mart və aprel aylarında idxalın həcminin azalacağı gözlənilir.