Bazar ertəsi Avropa fond bazarları enişini davam etdirib, Avropanın ən böyük şirkətlərinin ümumi indeksi 2024-cü ilin yanvarından bəri ən aşağı səviyyəyə çatıb. Stoxx Europe 600 göstəricisi 4,5% azalaraq 474,01 bənd olub. İndeks keçən həftə 8,3% itirdi, bu, 2020-ci ilin martından bəri ən pis enişdir. Britaniya FTSE 100 4,38%, Almaniya DAX 4,13%, Fransa CAC 40 4,78%, İtaliya FTSE MIB 5,18% və İspaniya IBEX55132% ucuzlaşıb.
Finss.az xəbər verir ki, qlobal fond bazarlarının çöküşünə ABŞ prezidenti Donald Trampın ölkənin xarici ticarət tərəfdaşlarına yeni iri tariflər tətbiq etməsi səbəb olub. Bu, investorların qlobal iqtisadi mənzərə ilə bağlı narahatlığını artırıb.
Çin hakimiyyəti Vaşinqtonun hərəkətlərinə cavab tədbiri olaraq ABŞ-dan gələn mallara 34% əlavə rüsum tətbiq etmək qərarına gəlib. Tramp bazar ertəsi bildirib ki, Pekin çərşənbə axşamına qədər bu planlardan əl çəkməsə, Çin idxalına 50%-lik yeni tariflər tətbiq olunacaq.
Bazar ertəsi Avropa Birliyinin Statistika İdarəsinin (Eurostat) açıqladığı məlumatlara görə, avrozonada pərakəndə satışlar fevral ayında əvvəlki ayla müqayisədə 0,3% artıb. Ekspertlər arasında konsensus proqnozu onların 0,5% artması idi.