Neft qiymətləri ABŞ Prezidenti Donald Trampın xarici ticarət siyasəti və OPEC+ qərarları ilə bağlı yeni addımları fonunda cümə günü 2021-ci ildən bəri ən aşağı səviyyəyə endikdən sonra bazar ertəsi günü də ucuzlaşmağa davam edib.
Finss.az xəbər verir ki, Aprelin 6-da məlum olub ki, Səudiyyə Ərəbistanı dövlət şirkəti Saudi Aramco Asiyadan olan alıcılar üçün neftin bütün növləri üzrə qiymətləri 2022-ci ilin oktyabrından bəri maksimum 2,3 dollar azaldacaq. ABŞ üçün qiymətlər bir barel üçün 0,2 dollar, Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələrindən olan alıcılar üçün 0,5 dollar/barel azaldılacaq.
Bakı vaxtı ilə saat 8:20-də Brent markalı iyun fyuçersləri Londonun ICE Futures birjasında 1,73 dollar (2,64%) ucuzlaşaraq bir barel üçün 63,85 dollar olub. Cümə günü Brent nefti 4,56 dollar (6,5%) ucuzlaşaraq 65,58 dollar/barel olub ki, bu da 2021-ci ilin avqustundan bəri ən aşağı göstəricidir.