Finss.az - Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) nizamnamə kapitalı 10 min manat olan yeni bir şirkət təsis edib.
“SOCAR Development and Production İnternational” MMC adı altında yaradılan bu şirkət, 26 fevral 2025-ci il tarixində Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb.
Yeni şirkət Bakı şəhəri Nərimanov rayonunda yerləşən SOCAR Towers-də, Heydər Əliyev prospekti, ev 121-də fəaliyyət göstərəcək. Şirkətin direktoru olaraq Emin Babaxan Cəmaləddin oğlu təyin edilib.
SOCAR-ın bu yeni təşəbbüsü, həm yerli, həm də beynəlxalq miqyasda enerji sahəsindəki fəaliyyətlərini genişləndirmək və inkişaf etdirmək məqsədi güdür.