Naxçıvanda istehsal olunan elektrik enerjisinin 52,8%-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşüb.
Finss.az xəbər verir ki, 2025-ci ilin mart ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismarı altında olan elektrik stansiyalarında 29 525 626 kilovat-saat elektrik enerjisi istehsal olunub.
Bu göstəricinin strukturuna nəzər yetirdikdə:
- 13 929 379 kilovat-saatı və ya 47,2 %-i istilik elektrik stansiyalarında,
- 9 345 375 kilovat-saatı və ya 31,6 %-i su elektrik stansiyalarında,
- 6 250 872 kilovat-saatı və ya 21,2 %-i günəş və külək-günəş hibrid elektrik stansiyalarında istehsal edilərək elektrik şəbəkələrinə ötürülüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə istilik elektrik stansiyalarının payı 14,5 % azalıb, su elektrik stansiyalarının payı 8,9 %, günəş elektrik stansiyalarının payı isə 5,5 % artıb.
Ümumilikdə, alternativ və bərpa olunan enerji mənbələri üzrə 15 596 247 kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bu da ümumi enerjinin 52,8 %-ni təşkil edir.
Fuad Mədətov
Finss.az