BİZNES

01 Aprel

Almaniya ilə ticarət dövriyyəsində müsbət dinamika qeydə alınıb

Finss.az - Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,8 dəfə artaraq 485,3 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Almaniyaya ixrac: 284,9 milyon dollar (+5 dəfə)

Almaniyadan Azərbaycana idxal: 200,4 milyon dollar (+76,3 faiz)

Cari ilin ilk iki ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Almaniya ilə ticarətin payı 5,45 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 2,1 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi