Fins.az - "Bakı Metropoliteni" QSC-nin gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, metroda gedişhaqqı tarifinin dəyişdirilməsi ilə bağlı aidiyyəti səlahiyyətli qurumlar qarşısında heç bir məsələ qaldırılmayıb.
Qeyd edək ki, son günlər bəzi KİV-lərdə metroda gedişhaqqının 0,55 AZN-ə yüksələcəyi barədə məlumatlar yayılmışdı.
Lakin "Bakı Metropoliteni" bu iddiaları təkzib edərək, tarif tənzimlənməsinin yalnız müvafiq dövlət qurumlarının səlahiyyətində olduğunu vurğulayıb.