BİZNES

07 Yanvar

Dənizkənarı Bulvar İdarəsinin mənfəəti 25,6 dəfə artıb

Fins.az - Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2023-cü ili 2,613 milyon manat mənfəətlə başa vurub. Bu göstərici 2022-ci illə müqayisədə 25,6 dəfə çoxdur.

2023-cü ildə DBİ-nin əsas əməliyyat gəlirləri 19,712 milyon manat olub ki, bu da 2022-ci ilə nisbətən 1,6% çoxdur. İnsan resursları üzrə xərclər 11,811 milyon manat (4,3% çox), amortizasiya və köhnəlmə xərcləri 1,725 milyon manat (19,3% az), digər əməliyyat xərcləri 3,559 milyon manat (39% az), xarici valyuta əməliyyatları xərcləri isə 4 min manat olub (əvvəlki il gəlir olub).

2023-cü ilin əvvəlinə DBİ-nin aktivləri 373,596 milyon manat olub ki, bu da illik müqayisədə 3,9% çoxdur. Öhdəliklər isə 64,1% artaraq 24,042 milyon manata, balans kapitalı isə 1,4% artaraq 349,554 milyon manata çatıb.

DBİ 2008-ci ildə yaradılıb və onun nizamnamə kapitalı 65,211 milyon manatdır. İdarə Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi və onların idarə edilməsi, saxlanılması ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir.