BİZNES

07 Yanvar

2024-cü ildə Azərbaycanda haker hücumlarının statistikası

Fins.az -  2024-cü ildə Azərbaycanda 32 dövlət qurumunun ümumilikdə 134 əməkdaşı haker hücumlarının qurbanı olub.

Bu barədə  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat yayıb.

Məlumata görə, internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə və fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanı olub. Haker hücumları nəticəsində şəxsi kompüterlərdəki məlumatlarla yanaşı, istifadəçilərin dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatları da sızıb. Bu vətəndaşların statistikası qeydiyyata alınıb. İlin ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət elektron xidmətlərinə aid məxsusi hesablarının sayı ümumilikdə 3,798 olub.

Dövlət Xidməti aşkar edilmiş yoluxma halları ilə bağlı müvafiq dövlət qurumlarını məlumatlandırıb, fəsadların aradan qaldırılması üçün lazımi addımlar atıb və bir sıra qurumlarda yerində yoxlama tədbirləri həyata keçirib.