BİZNES

30 Mart

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsinə investisiya qoyuluşu azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində əsas kapitala 531,9 milyon manat investisiya yönəldilib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 440,5 milyon manat və ya 45,3% azdır.

Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə nəqliyyat və anbar təsərrüfatı sahəsində əsas kapitala 972,4 milyon manat investisiya yönəldilmişdi.

Bu sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 26,5%-ə bərabər olub.