BİZNES

25 Mart

Ötən il qaz emalı zavodunda 3,37 milyard kubmetr qaz emal olunub

Ötən il qaz emalı zavodunda 3,37 milyard kubmetr təbii qaz emal edilib.

Finss.az bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir.

Məlumata görə, bundan 3,32 milyard kubmetr təmizlənmiş quru qaz, 12,2 min ton texniki butan və 26,0 min ton qaz benzini istehsal olunub.

Qaz benzininin bütün həcmi xammal kimi “Azərikimya” İB-yə təchiz edilmiş, texniki butan isə bütövlükdə daxili bazarda satışa yönəldilib.

Bununla yanaşı, Heydər Əliyev adına Neft Emalı Zavodunda 2024-cü ildə 5, milyon ton xam neft emal olunaraq 1,2 milyon ton avtomobil benzini, 590,3 min ton reaktiv mühərrik yanacağı, 2,06 milyon ton dizel yanacağı, 12 min ton sürtkü yağları, 178,2 min ton maye qaz, 265,0 min ton bitum, 183,4 min ton koks və digər məhsullar istehsal olunub.

Həyata keçirilmiş tədbirlər nəticəsində neft emalının dərinliyi 97,5% təşkil edib, əmtəəlik neft məhsullarının 90%-i daxili bazara, qalan 10%-i isə ixraca yönəldilib. Neft məhsullarının ixracından daxil olan vəsait 273,6 mln. ABŞ dolları, daxili satışından isə 4735,3 mln. manat təşkil edib.