Fins.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2024-cü ilin dekabr ayında "İxrac İcmalı"nın hesabatını təqdim edib.
İcmala əsasən, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 3,1 milyard ABŞ dolları təşkil edib. Eyni dövr ərzində yeyinti məhsullarının ixracı isə 12,3% artaraq 923 milyon ABŞ dollarına çatıb.
2024-cü ilin yanvar-noyabr ayları ərzində qeyri-dövlət ixracatçı subyektlərin reytinqində aşağıdakı şirkətlər yer alıb:
- “MKT İstehsalat Kommersiya” MMC
- “Silk Vey Vest Aviaşirkəti” MMC
- “ASG Business Aviation” MMC
- “Baku Steel Company” QSC
- Süleymanova Göhər Süleyman qızı
- “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC
- “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi
- “Tabaterra” QSC
- “Khan-El” MMC
- “Atena” Məhdud Məsuliyyətli Cəmiyyəti
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlər isə aşağıdakılardır:
- ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
- “SOCAR Polymer” MMC
- “AzerGold” QSC
- “Azəralüminium” MMC
- “Azərenerji” ASC
- “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
- “Azərbaycan Hava Yolları” QSC
- Naxçıvan MR Dövlət Energetika Xidməti
- “Suraxanı Maşınqayırma Zavodu” ASC
- “Azəripək” MMC
Hesabata əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) tərəfindən 50 ölkəyə 16,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub. Bu xidmətlərin ixracı Azərkosmosun ümumi gəlirlərinin 73%-ni təşkil edib. 2024-cü ilin noyabr ayında isə Azərkosmos 40 ölkəyə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.