Fins.az - Bakıda 28 dekabr – Vəkil Günü münasibətilə “E-vekil” mobil tətbiqinin təqdimatı təşkil olunub.
Tədbirdə Vəkillər Kollegiyasının elektron xidmətləri çərçivəsində fəaliyyətə başlayan və vətəndaşlara hüquqi xidmətlər təqdim edən “e-vekil” tətbiqi barədə izahlı məlumat verilib.
Tədbirdə tətbiqin əsas məqsədi və funksiyaları barədə geniş açıqlamalar təqdim edilib. “E-vekil” mobil tətbiqi vətəndaşların hüquqi məsələlərini asanlıqla həll etmələrinə imkan yaradır. İstifadəçilər tətbiq vasitəsilə vəkillərlə əlaqə quraraq hüquqi məsləhətlər ala, hüquqi sənədlər hazırlaya və məhkəmə proseslərinə aid məlumatları əldə edə bilərlər.
Təqdimat zamanı tətbiqin istifadəsinin asan olduğu, müasir texnologiyaların tətbiqi ilə vətəndaşların hüquq sahəsində məlumatlanmasının və xidmətlərdən yararlanmasının daha əlçatan olacağı vurğulanıb. “E-vekil” tətbiqinin vəkillər tərəfindən daha sürətli və effektiv xidmətlər göstərilməsinə dəstək olacağı qeyd edilib.
Bu addım, vətəndaşlara hüquqi xidmətlər təqdim etmə sahəsində müasir texnologiyaların tətbiqi və dövlət orqanlarının elektron xidmətlər sahəsində atdığı mühüm bir addım kimi dəyərləndirilib.