BİZNES

24 Mart

Türkiyyə şirkəti Bolqarıstanda ilk zavodunu tikir

Finss.az - Türkiyənin tanınmış torpaq işləri avadanlıqları istehsalçısı olan UNLU AGRIGROUP, ölkədən kənarda ilk zavodunun tikintisinə Bolqarıstanın Stara-Zaqora şəhərində başlayıb.

Şirkətin sahibi Xalit Yunlu ilk daşın qoyulması mərasimində iştirak edərək, bu mühüm layihənin açılışını qeyd edib.

Zavodun tikintisi yerli "Esteti" tikinti şirkəti tərəfindən, memar Velimir Georgiyevin rəhbərliyi altında həyata keçiriləcək. Layihələndirmə prosesinin təxminən bir il davam etdiyi, tikintinin isə bir buçuk il ərzində tamamlanacağı bildirilir. Zavodda üç istehsalat sexi, iki montaj xətti və bir rəngləmə xətti olacaq. İstehsal prosesi robotlaşdırılacaq, işçi sayı isə az olacaq. Başlanğıcda təxminən 15 nəfər işə götürüləcək, gələcəkdə isə bu sayın 40-50-yə qədər artırılması planlaşdırılır.

Xalit Yunlu, Bolqarıstanda zavod açmağı düzgün bir qərar olaraq qiymətləndirib və qeyd edib ki, Bolqarıstanlı fermerlər Avropada ən yaxşılarındandır. Şirkət gələcəkdə Rusiyada, Rumıniyada, Polşada və digər ölkələrdə də genişlənməyi planlaşdırır.

Stara-Zaqora şəhərinin qubernatoru və digər yerli hakimiyyət nümayəndələri layihəni dəstəkləyərək, onun şəhərin biznes və iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıdığını vurğulayıblar.