Fins.az - Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Afrika ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 2,6 dəfədən çox artaraq 379,45 milyon dolları üstələyib.
Azərbaycandan Afrika ölkələrinə ixrac: 290,79 milyon dollar (+2,8 dəfə), Afrika ölkələrindən Azərbaycana idxal: 88,66 milyon dollar (+2,3 dəfə)
Ümumi ticarət dövriyyəsindəki payı: Cari ilin ilk 11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Afrika ölkələri ilə ticarətin payı 0,88 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,58 faiz bəndi çoxdur.