Bu ilin yanvar ayında Azərbaycan Gürcüstana 296,2 milyon kubmetr həcmində təbii qaz ixrac edib.
Finss.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasən xəbər verir ki, bu həcmdə təbii qaz ixracından əldə olunan gəlir 37,1 milyon ABŞ dolları olub.
Gürcüstana qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 141,4 milyon kubmetr və ya 91,3%, dəyər ifadəsi ilə 11,1 milyon ABŞ dolları, yaxud da 42,5% artıb.
Belə ki, 2024-cü ilin yanvarında Azərbaycandan Gürcüstana 154,8 milyon kubmetr həcmində, 26 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilib.
Qeyd edək ki, cari ilin yanvarında Azərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 2,33 milyard kubmetr, dəyəri isə 870,1 milyon ABŞ dolları təkil edib. Bununla yanaşı, ilin ilk ayında Azərbaycana idxal edilən təbii qazın həcmi 42,6 milyon kubmetr, dəyəri isə 6,4 milyon ABŞ dolları olub.
Onu da qeyd edək ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya, Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixrac, Türkmənistandan isə idxal edilib.