Bu ilin yanvar ayında Azərbaycan Serbiyaya 34,7 milyon kubmetr həcmində təbii qaz ixrac edib.
Finss.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasən xəbər verir ki, bu həcmdə təbii qaz ixracından əldə olunan gəlir 16,7 milyon ABŞ dolları olub.
Qeyd edək ki, ötən ilin yanvarında Azərbaycandan Serbiyaya qaz ixrac edilməyib.
Xatırladaq ki, cari ilin yanvarında Azərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 2,33 milyard kubmetr, dəyəri isə 870,1 milyon ABŞ dolları təkil edib. Bununla yanaşı, ilin ilk ayında Azərbaycana idxal edilən təbii qazın həcmi 42,6 milyon kubmetr, dəyəri isə 6,4 milyon ABŞ dolları olub.
Onu da qeyd edək ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya, Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixrac, Türkmənistandan isə idxal edilib.