BİZNES

27 Dekabr

Nəqliyyat vasitələrinin utilizasiyası fonduna 50 milyon manat vəsait ayrılıb

Gələn il Azərbaycanda dövlət büdcəsindən nəqliyyat vasitələrinin utilizasiyası fonduna 50 milyon manat vəsait ayrılacaq.

Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.

Sənədə əsasən, bu göstərici 2024-cü illə müqayisədə 25 milyon manat və ya 2 dəfə çoxdur.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "2025-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.

Sənədə əsasən, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 356 000,0 min manat, xərcləri 41 407 600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 562 064,0 min manat, yerli gəlirləri 793 936,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 608 389,0 min manat, yerli xərcləri 799 211,0 min manat) məbləğində təsdiq edilib.