Finss.az - Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 11 min 453,8 ton unlu qənnadı məmulatları istehsal edilib.
Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 4,7% azalma deməkdir.
Bununla yanaşı, martın 1-nə olan məlumata görə, ölkədə 936,2 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da illik müqayisədə 2,9 dəfə çoxdur.
Qeyd edək ki, iki ay ərzində Azərbaycanda ümumilikdə 933,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,7% artım göstərir.