Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Xidməti ləğv edildiyini elan edib.
Fins.az xəbər verir ki, bu xəbər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində yayımlanıb.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ7000 Naxçıvan şəhəri, Naxçıvan rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 42 ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, bu Dövlət Xidməti 2023-cü ildə dövlət qeydiyyatına alınmışdı. Onun qanuni təmsilçisi Məmmədov Azər Xəlil oğludur.