Finss.az - Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4 min 658,5 ton kolbasa məmulatları istehsal edilib.
Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,6 % azalma qeydə alınıb.
Bununla yanaşı, martın 1-nə olan məlumata əsasən, Azərbaycanda 53,2 ton hazır kolbasa məhsulu ehtiyatı mövcuddur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % artıb.
Qeyd edək ki, 2024-cü ilin ilk iki ayında Azərbaycanda ümumilikdə 933,9 milyon manat dəyərində qida məhsulları istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 % artım deməkdir.