Gələn il Naxçıvan şəhərində Türk Biznes Forumunun keçirilməsi planlaşdırılır.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət və Sənaye Palatasının sədri Rifat Hisarcıklıoğlu Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.
Başlanğıcda forumun oktyabrın 3-də keçirilməsi planlaşdırılsa da, Türk Dövlətləri Təşkilatının yaradılmasının 15 illik yubileyi ilə əlaqədar tədbir olduğu üçün biznes forum təxirə salınıb.
Rifat Hisarcıklıoğlu həmçinin Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın rəhbərliyi ilə birgə tədbir keçirilə biləcəyini vurğulayıb. O, iş adamlarının iştirakı ilə bu mövzuda tədbirin faydalı olacağını qeyd edib və ortaq işlərin daha da irəlilədiyini bildirib.