BİZNES

19 Mart

İspaniyanın Santander bankı İngiltərədəki filiallarının beşdə birini bağlayacaq

İspaniyanın Santander bankı İngiltərədəki 444 filialından 95-ni və ya şəbəkəsinin 20%-ni bağlayacaq.

Finss.az xəbər verir ki, bu qərar bankın müştərilərinin getdikcə daha çox internet xidmətlərinə keçməsi ilə əlaqədar qəbul edilib.

Böyük Britaniyada qalan 349 Santander filialından yalnız 290-ı bütün xidmətlər spektrini təklif edəcək, bank bildirib. Qalanları qısaldılmış iş saatları ilə işləyəcək və ya iyun ayından etibarən kassa xidməti olmayacaq.