“Sun Qaynaq” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını kəskin azaldır.
Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, MMC nizamnamə kapitalını 4 milyon manatdan 10 min manatadək azaltdığını elan edib.
Bildirilib ki, kreditorlar bir ay ərzində öz tələblərini AZ5000, Sumqayıt şəhəri, «Metal baza»ya gedən avtomobil yolu ilə Bakı-Rostov d/y arasındakı ərazi ünvanına bildirə bilərlər.
Qeyd edək ki, sözügedən şirkət 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Yılmaz Ali Kemaldır.