Finss.az -"LUKOYL"un təsisçisi Vahid Ələkbərov "M.Video" pərakəndə şəbəkəsinin satın alınması ilə bağlı yayılan məlumatları təkzib edib.
"İnterfaks" agentliyinə açıqlama verən Ələkbərov bildirib ki, bu cür planları heç vaxt olmayıb və bu satınalma onun üçün maraq kəsb etmir.
Bundan əvvəl bəzi teleqram-kanallar şirkət rəhbərliyinə yaxın mənbələrə istinadən Ələkbərovun strukturlarının "M.Video"nun kapitalına daxil olduğunu iddia edirdi.
Eyni zamanda, "LUKOYL" da bu xəbərləri təkzib edib. Şirkətin mətbuat xidməti "İnterfaks"a açıqlamasında bildirib ki, nə şirkətin strukturları, nə də menecerləri "M.Video" şəbəkəsini almaqda maraqlıdır.
Qeyd edək ki, "LUKOYL"un strukturları "Yandex" şirkətinin kapitalında iştirak edir. Belə ki, "Arqonavt" adlı fond texnologiya nəhənginin əsas səhmdarı olan "ZPİF Konsorsium.Birinci"də 15% paya sahibdir.
Xatırladaq ki, "M.Video"nun satılması ilə bağlı şayiələr 2025-ci ilin əvvəlində yayılmışdı. Potensial alıcılar arasında Promsvyazbank, Sberbank və VTB-nin adı çəkilirdi.
Bundan əlavə, şirkət daha əvvəl mart-aprel aylarında səhmdarlardan 30 milyard rubl cəlb edəcəyini açıqlamış, lakin hansı səhmdarlardan olduğu barədə məlumat verməmişdi. Daha sonra şirkət 2024-cü ildən əsas səhmdarı olan Bilan Ujaxovdan 8,5 milyard rubl kredit aldığını bəyan edib.