Fins.az - ABŞ-n texnologiya nəhəngi “Google”, bazardakı dominant mövqeyi ilə bağlı yaranan narahatlıqları aradan qaldırmaq məqsədilə ABŞ-ın Ədliyyə Nazirliyinə bir sıra güzəştlər təklif edib.
“Alphabet Inc.” şirkətinin tərkibində olan “Google”, “Chrome” brauzerinin satışının qarşısını almaq və monopoliyanın qarşısını almaq üçün yeni təkliflər irəli sürüb.
Şirkət, müxtəlif platformalarda fərqli standart axtarış sistemlərinin quraşdırılmasına icazə verməyə hazır olduğunu bildirir. Bu, “Apple Inc.”-ə “iPhone” və “iPad” istifadəçiləri üçün digər standart axtarış sistemlərinin "by default" olaraq təyin edilməsi imkanı verəcək. Bundan əlavə, “Google” ilin hər birində bu platformalarda axtarış sistemini dəyişmək seçimini təklif etməyə hazırdır.
Həmçinin, “Google” hesab edir ki, brauzerlər, o cümlədən “Chrome” istifadəçilərinə "by default" axtarış sistemini təyin etməyə imkan verməli və bu tərəfdaşlıqdan qazanc əldə etmək hüququna sahib olmalıdır.
Bir digər təklif isə, “Google”un ABŞ-da süni intellekt məhsulu olan “Gemini” chatbot-un yayılmasının üç il müddətinə qadağan olunmasıdır. Şirkət, “Gemini”-ni “Chrome” vasitəsilə istifadəçilərə yönləndirməyi təklif edir.
Noyabr ayında ABŞ-ın Ədliyyə Nazirliyi “Google”un internet axtarış bazarındakı monopoliyasına son qoymaq üçün şirkətin “Chrome” brauzerini satmasını və ya “Google”u bölməsini tövsiyə etmişdi. Nazirlik, “Google”un axtarış sistemini və digər məhsullarını ayırmağı, o cümlədən “Android” əməliyyat sisteminə məhdudiyyətlər tətbiq etməyi tələb edir.
Bu təkliflər, “Google”un bazardakı mövqeyini qorumağa və eyni zamanda dövlətin tənzimləmələrinə uyğunlaşmağa yönəlib.