Ölkənin ən böyük elektrik avtomobil istehsalçılarından biri olan Çinin XPeng şirkəti 2024-cü ilin dördüncü rübündə xalis itkisini 1,5% azaldıb.
Finss.az xəbər verir ki, oktyabr-dekabr aylarında şirkətin xalis zərəri bir il əvvəlki 1,35 milyard yuanla müqayisədə 1,33 milyard yuan (180 milyon dollar) təşkil edib. Bir adi səhmə düşən itki 0,7 yuan (0,1 dollar), Amerika depozitar səhminə (ADS) isə 1,4 yuan (0,19 dollar) təşkil edib.
Gəlir 23,4 faiz artaraq 16,11 milyard yuana (2,21 milyard dollar), o cümlədən avtomobil satışından əldə edilən gəlir 20 faiz artaraq 14,67 milyard yuana çatıb.
FactSet-in sorğusuna qatılan analitiklər, orta hesabla şirkətin 2,2 milyard dollar gəlirlə səhm başına 22 sent itki verəcəyini gözləyirdilər.