Finss.az - Bu ilin yanvar-fevral aylarında ölkədən 36 milyon ABŞ dolları dəyərində 122,3 min tondan çox azot gübrəsi ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 71,9 faiz və ya 15 milyon dollar, həcm baxımından isə 5,4 faiz və ya 6,3 min ton çoxdur.
Hesabat dövründə gübrənin ümumi ixracda xüsusi çəkisi 0,76 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 7,42 faizə bərabər olub.