BİZNES

18 Mart

Azərbaycanın dəniz nəqliyyatında yük daşımalarına artım qeyd edilib

Finss.az - 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 1 463,8 min ton təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,9 faiz artım göstərir.

Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən, bu dövrdə daşınan yüklərin 47,5%-i neft yükləri olub.

Hesabat dövrü ərzində Azərbaycan dəniz limanları tərəfindən 2 369,6 min ton yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 1 856,9 min tonunu və ya 78,4%-ini tranzit yüklər təşkil edib. 2025-ci ilin mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 143,5 min ton olub.

Bundan əlavə, 2025-ci ilin ilk iki ayında dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5% artaraq 4,2 min nəfər olub.