BİZNES

18 Mart

İtaliya Azərbaycandan xam neft məhsullarının tədarükünü artırıb

Finss.az - Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İtaliyaya 1,36 milyard ABŞ dolları dəyərində 2,4 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 32,3 faiz və ya 333,3 milyon dollar, həcm baxımından isə 48,3 faiz və ya 786,9 min ton üstələyir.

Cari ilin ilk iki ayı ərzində ölkədən ümumilikdə 2,67 milyard dollar dəyərində 4,77 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İtaliya 1-ci yerdə qərarlaşıb və ixrac həcminin 50,5 faizi bu ölkənin payına düşüb.