BİZNES

18 Mart

ABAD məhsullarının ABŞ bazarında satışına başlanılıb

Finss.az - Ailə Biznesinə Asan Dəstək (ABAD) PHŞ-nin məhsullarının Amerika Birləşmiş Ştatları bazarında satışına start verilib.

PHŞ-nin məlumatına görə, sözügedən məhsullara bal, mürəbbələr, souslar, çay və fıstıq kimi qida məhsulları daxildir. Əsas məqsəd Azərbaycan mətbəxinin zəngin dadlarını dünya miqyasında tanıtmaq və yerli brendləri geniş alıcı kütləsinə təqdim etməkdir.

Qeyd edək ki, ABAD pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təsərrüfatçı ailə ilə başlayıb və bu günə kimi 657 ailəyə dəstək tədbirləri həyata keçirilib. Onlardan 493-ü sənətkar, 142-si qida, 22-si isə digər sahələr üzrə fəaliyyət göstərib. Layihə iştirakçılarıyla həyata keçirilən kommersiya fəaliyyəti nəticəsində onların minlərlə çeşiddə müxtəlif növ məhsulları satışa çıxarılıb.