Çinin BYD şirkəti 1000 voltluq arxitekturaya malik yenilənmiş elektrik avtomobil platformasını istifadəyə verib ki, bu da onlara ənənəvi avtomobillərin benzinlə doldurulduğu qədər tez doldurmağa imkan verəcək.
Finss.az xəbər verir ki, BYD-nin təsisçisi Vanq Çuanfu şirkətin Şençjendəki baş ofisindən canlı yayım zamanı bildirib ki, yeni platformada olan avtomobillər 1000 kVt-a qədər enerji yığacaq və beş dəqiqəlik şarjdan sonra 400 km yol qət edə biləcək.
Onun sözlərinə görə, 1000 voltluq arxitekturada ilk elektrik avtomobillər Han L sedan və Qin L SUV olacaq.
Avtomobil istehsalçısı həmçinin Çində 4000-dən çox ultra-sürətli enerji doldurma stansiyası tikməyi planlaşdırır, lakin yerləşdirmə vaxtını və ya investisiyanın həcmini dəqiqləşdirməyib.