Finss.az - 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 23,2% artıb.
Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb. İxrac göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azalsa da, idxal 69,1% artıb.
Nəticədə, Azərbaycan xarici ticarətdə 628,45 milyon dollarlıq müsbət saldo əldə edib. Lakin bu, illik müqayisədə 3,7 dəfə azalmağa səbəb olub.