BİZNES

20 Mart

Zəngilanda Ağbənd sərhəd buraxılış məntəqəsinin layihələndirilməsi yekunlaşdırılıb

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrası istiqamətində Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında dövlət sərhədindən buraxılış məntəqəsinin layihələndirilməsi yekunlaşdırılıb.

Finss.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, Şərqi Zəngəzur Gömrük İdarəsinin "Laçın" gömrük postunun sərnişin keçidinin layihə smeta sənədləri hazırlanmış və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən müvafiq rəy verilib və tikinti işləri tamamlanıb.

"Mazımqara" və "Biləsuvar" dövlət sərhədindən buraxılış məntəqələrinin əsaslı təmiri və yenidən qurulması, həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əsaslı təmiri, habelə Bakı Baş Gömrük İdarəsinin "Yeni Səngaçal gömrük postunun tikinti işləri üzrə layihə-smeta sənədləri hazırlanıb və ekspertiza olunması üçün aidiyyəti üzrə təqdim edilib.

Bildirilib ki, Cənub-Astara dövlət sərhədindən buraxılış məntəqəsinin layihə-smeta sənədləri hazırlanmışdır. Torpaq sahələrinin alınması üçün işlər davam edir.

Xaçmaz Gömrük İdarəsinin "Şirvanlı", Tovuz Gömrük İdarəsinin "Sadıxlı" dövlət sarmadindan buraxılış məntəqəsinin və Gəncə Gömrük İdarəsinin "Yevlax" gömrük postunun asaslı təmir və yenidən qurulması ilə əlaqədar layihə hazırlanıb.