BİZNES

14 Mart

Güzəştli kredit sayı və məbləğinin müvəkkil kredit təşkilatları üzrə bölgüsü açıqlanıb

Finss.az - Sahibkarlığın İnkişafı Fondu (SİF) 2025-ci ilin yanvar-fevral ayları ərzində verilmiş güzəştli kredit sayı və məbləğinin müvəkkil kredit təşkilatları üzrə bölgüsünü açıqlayıb.

Fondun məlumatına görə, hesabat dövründə SİF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib.

Cari ilin ilk iki ayı ərzində sahibkarların investisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "Yelo Bank" ASC, "AccessBank" QSC və "Expressbank" QSC fərqlənib.

Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə “PAŞA Bank” QSC, "Bank Respublika" ASC, “Ziraat Bank Azərbaycan” ASC, "Yelo Bank" ASC və "Kapital Bank" ASC daxildir.

Zemfira Ms
Finss.az