Energetika Departamentinin Enerji İnformasiya Administrasiyasının (EIA) ilkin məlumatlarına görə, ABŞ-da kommunal miqyaslı enerji saxlama sistemlərinin ümumi gücü 2024-cü ildə 10,4 QVt (66%) artaraq 26 QVt-ı ötüb.
Finss.az xəbər verir ki, bu seqmentdə güc artımı günəş enerjisi istehsal gücünün artımından sonra ikinci ən böyük artım oldu. Eyni zamanda, ötən il enerji saxlama sistemlərinin gücü ABŞ-da ümumi generasiya gücünün (1,23 min GVt) cəmi 2%-nə bərabər olub.
EIA qeyd edir ki, 2025-ci ildə bu cür sistemlərin tutumunun artımı rekord göstərici ola bilər. Operatorlar onları 19,6 GVt artırmaq planlarını açıqlayıblar.
Enerji saxlama sistemləri yanacaq və ya təbii ehtiyatlardan elektrik enerjisi istehsal etmir, əksinə, istehsal müəssisələrinin və elektrik şəbəkələrinin enerjisini saxlamaqla ikinci dərəcəli elektrik enerjisi mənbəyi kimi xidmət edir.