BİZNES

12 Mart

Vergi ödəyicilərinə 178 minə yaxın xidmət göstərilib

Finss.az - Dövlət Vergi Xidmətinin məlumatına görə, 2025-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 112.754 şəxs qəbul edilib, onlara 178.542 sayda xidmət göstərilib ki, bunun 59,2 minə yaxını şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 42,6 minə yaxını elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.

Qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 90,9 fazini təşkil edib:

  • Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
  • Asan İmza sertifikatlarının verilməsi;
  • Fiziki şəxsin uçotdan çıxarılması;
  • Vergi ödəyicisinə arayışların verilməsi;
  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).

2025-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 6,1 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 4,3 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildirişlər (məktublar) göndərilib. Dövr ərzində 892 vergi ödəyicisinin iştirakı ilə 67 görüş keçirilib, 886 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 414 mindən çox SMS göndərilib.

Yanvar-fevral ayları ərzində ümumilikdə 58.238 müraciət üzrə 85.730 Asan İmza sertifikatı verilib.

Zemfira Ms
Finss.az