Britaniyalı Janus Henderson Investors-un hesabatına görə, 2024-cü ilin sonuna dünyanın ən böyük şirkətləri tərəfindən ödənilən dividendlərin ümumi məbləği 1,747 trilyon dollar təşkil edib.
Finss.az xəbər verir ki, bu, rekord göstəricidir və əvvəlki illə müqayisədə 6,6% çoxdur.
Tədqiqata daxil olan 49 ölkədən 17-də dividend ödənişləri tarixi zirvəyə çatıb. Bunlara ABŞ, Yaponiya, Fransa və Çin daxildir.
Ödənişlərin həcminə görə liderlər Microsoft Corp., Exxon Mobil, HSBC, Apple Inc., China Construction Bank Corp., PetroChina Co., China Mobile, JPMorgan Chase Co., Chevron Corp. və birgə dividendləri 145,9 milyard dollar (və ya ümumi məbləğin 8,4%-i) təşkil edən Johnson Johnson. Sonrakı yerdə Tayvan Semiconductor Manufacturing Company, Verizon Communications, Abbvie, Petroleo Brasileiro (Petrobras), BHP, Broadcom, Pfizer Inc., Procter Gamble Co., Home Depot Inc., Toyota Motor gəlir - onların ödənişləri 101,7 milyard dollar təşkil edib.